04 İyun 2026
Dünya futbolu

Fransalı futbolçu özünə klub aldı

Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasının futbolçusu Mussa Dembele Litva klubunu alıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu  “Miniya” komandasının sahibi olub. Litvada II Liqada mübarizə aparan komanda 5 turdan sonra 6 xalla 9-cu pillədə qərarlaşıb.

Dembele “Seltik” (Şotlandiya), “Fulhem” (İngiltərə), “Atletiko” (İspaniya) və “Lion”dakı (Fransa) çıxışları ilə tanınır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43