29 aprel 2025-ci il tarixində Mingəçevir şəhəri Heydər Əliyev prospektində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, saat 14:00-dan etibarən başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı baş tutacaq. Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək.
Əraziyə giriş sərbəstdir!

