18 İyul 2026
Dünya futbolu

Sane “Qalatasaray”la danışıq aparır

Leroy Sane “Bavariya” ilə mövsümün sonunda başa çatacaq müqaviləsini hələ də uzatmayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” 29 yaşlı oyunçunu transfer etmək istəyir. İstanbul klubu almaniyalı ilə danışıq aparır. Hər şey plana uyğun getsə, tərəflər müddəti 2028-ci ilə qədər olan yeni sözləşmə imzalayacaqlar.

Bu mövsüm Sanenin aktivində bütün turnirlərdə keçirdiyi 42 oyunda 12 qol və 5 məhsuldar ötürmə var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43