07 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubunda yeni təyinat 

“Kəpəz” klubunda yeni təyinat gerçəkləşib.

İdmanxeber.az-a verilən məlumata görə,  klubda Media və Marketinq Departamenti yaradılıb və həmin vəzifəyə Gəray Qiyasov gətirilib. “Real TV”nin sabiq əməkdaşı bundan sonra Gəncə klubunda çalışacaq.

Uzun illərdir mətbuat katibi vəzifəsini yerinə yetirən Azad Mustafayev də öz işini davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43