“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne İngiltərədə qala bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Arsenal” maraqlıdır. Baş məşqçi Mikel Arteta oyunçunun alınmasını istəyir.
De Brüyne bu mövsüm “Mançester Siti” üçün bütün yarışlarda 36 oyuna çıxıb. O, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

