29 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted” Ruben Amorimi göndərir?

“Mançester Yunayted” mövsüm başa çatdıqdan sonra Ruben Amorimi göndərmək niyyətində deyil.

İdmanxeber.az-ın məlumatına görə,  klub 40 yaşlı portuqaliyalının oyun tərzinə uyğun futbolçular almağa diqqət yetirib. Rəhbərlik onun işindən narazı deyil. 

Amorim 2024-cü ilin noyabrında “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə keçib. Onun rəhbərliyi altında komanda 39 oyun keçirib, 16 qələbə qazanıb, 8 dəfə heç-heçə edib və 15 matçda uduzub.

“Mançester Yunayted” bu mövsüm Avropa Liqasının finalına yüksəlib və burada “Tottenhem”lə qarşılaşacaq. Oyun mayın 21-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43