03 İyul 2026
Ölkə futbolu

Vüsalın komandası yarımfinalda

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” növbəti matçını keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda Super Liqaya vəsiqə uğrunda ilk pley-off matçına çıxıb. Görüşdə “Boluspor” 2:1 hesab ilə qalib gəlib.

Vüsal cəzalı olduğu üçün bu matçda iştirak etməyib. “Boluspor”un pley-off mərhələsinin yarımfinalındakı rəqibi “Bandırmaspor” olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43