Azərbaycan II Liqasında komanda sayı azaldıla bilər. İki ildir yaradılan çempionatda hazırda 14 komanda çıxış edir. Bu il 3 komandanın I Liqaya vəsiqə qazanacağı bildirilib. Sonuncu yer isə turniri tərk edir və I Liqadan buraya düşən komanda onu yerini doluracaq.
Region Liqasının qalibinin II Liqaya yüksəlməsi ilə bərabər çempionatda 12 komanda olur. AFFA-da müzakirə olunan məsələlərdən biri də turnirə 14 yox, məhz 12 komanda ilə davam etməkdir.
Bölgələrdəki infrasturktur problemi və büdcəyə qənaet etmək üçün rəhbərlik bu variantı nəzərdən keçirir. Məsələ ilə bağlı yekun qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında veriləcək.
İdmanxeber.az

