“Barselona”nın yarımmüdafiəçisi Pedri klubda 200 oyun keçirən ən gənc futbolçu olub.
İdmanxeber.az-ın məlumatına görə, bu, La Liqanın 36-cı turunun “Espanyol”la qarşılaşmasında (2:0) qeydə alınıb. 22 yaşlı futbolçu matçda iştirak edərək klubun tarixinə düşüb. Daha öncə bu nailiyyət Lionel Messiyə məxsu idi
Bu mövsüm Pedri 57 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

