04 İyun 2026
Ölkə futbolu

Juninyo “Qarabağ”a qayıdır? – Qurbanovdan açıqlama

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Olavio Juninyonun komandaya mümkün qayıdışı barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “Kəpəz” oyununun (3:0) mətbuat konfrasında bu barədə açıqlama verib:

“Juninyonu icarəyə götürmək? Hələ ki belə məlumat və söhbət yoxdur. Buradan gedən futbolçu olsa belə, bizə faydalı olacaqsa, onun geri qayıtmasına yox deməmişik. Juninyonun “Flamenqo”da işi bu gün yaxşı getmirsə, bu o demək deyil ki, belə davam edəcək. Onunla son dəfə zədə aldığı vaxtda danışmışdıq. Onun oyunlarını izləyirəm. “Flamenqo” böyük klubdur. Juninyo ilə danışığımız olmayıb”. 

Xatırladaq ki, Ağdam klubu sona bir tur qalmış çempionluğunu elan edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43