“Nürnberq” karyeramda çox gözəl bir dövr oldu. Bu şəkildə vida edə bildiyimə görə sevinirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin üzvü Mahir Emreli Almaniya klubu ilə çıxdığı son oyundan sonra danışıb. “Nürnberq”dən ayrılacağı dəqiqləşən futbolçu gələcək karyerası ilə bağlı bunları deyib:
“Menecerimə dedim ki, mövsümün sonuna qədər məni rahat buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Mənim üçün vacib olan son günə qədər bütün diqqətimi yalnız “Nürnberq”ə yönəltmək idi”.
Xatırladaq ki, BİLD nəşri 2-ci Bundesliqa klublarından olan “Kayzerslautern”in Mahiri transfer etmək istədiyini iddia edib.

