08 İyun 2026
Dünya futbolu

“Bayer”in futbolçusu “Bavariya”da

“Bayer”lə müqaviləsi başa çatan Conatan Tanın “Bavariya”ya transfer olunub.

İdmanxeber.az-ın məlumatına görə, tərəflərin 4 illik müqavilə imzaladığı bildirilir.  Azad agent statusu ilə kluba qoşulacaq 29 yaşlı mərkəz müdafiəçisinin illik maaşı 14 milyon avro təşkil edəcək.

Ta 2015-ci ildən “Bayer”də çıxış edirdi. Təcrübəli futbolçu başa çatan mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43