19 İyun 2026
Ölkə futbolu

Azərbaycan Kubokunun finalına neçə bilet satılıb?

Azərbaycan Kubokunun final oyununa bilet satışa davam edir.

İdmanxeber.az-a verilən məlumata görə, həlledici matça bu günə qədər 3924 bilet satıb. Satışlar davam edir. Final görüşünə qədər bu rəqəmin artacağı gözlənilir.

Xatırladaq ki, final görüşündə “Qarabağ”la “Sabah” üz-üzə gələcək. Matç ayın 31-də, Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43