“Qalatasaray” futbolçusunu icarəyə göndərmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Elis Jelert məşqçilər heyətinin planlarına daxil deyil. Bu səbəbdən də futbolçu icarəyə veriləcək.
O, bu mövsümün əvvəlində “Kopenhagen”dən “Qalatasaray”a keçmişdi. 21 yaşlı futbolçunun Türkiyə klubu ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

