Azərbaycan Kubokunun final oyununa bilet satışa davam edir.
İdmanxeber.az-a verilən məlumata görə, həlledici matça bu günə qədər 3924 bilet satıb. Satışlar davam edir. Final görüşünə qədər bu rəqəmin artacağı gözlənilir.
Xatırladaq ki, final görüşündə “Qarabağ”la “Sabah” üz-üzə gələcək. Matç ayın 31-də, Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.

