Əvəzedicilər Liqasında son turun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Sabah-2” son turda evdə “Neftçi -2” ilə qarşılaşıb. “ASK Arena”da keçirilən görüş 2:2 hesablı bərabərliklə nəticələnib.
Bu nəticədən sonra hesabındakı xalların sayını 69-a çatdıran “Sabah-2” mövsümü çempion kimi başa vurub.

