“Çelsi” “Ipsviç”in hücumçusu Liam Delapla müqavilə detalları barədə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı britaniyalı futbolçu 2031-ci ilə qədər müqavilə imzalayacaq. O, artıq ilkin tibbi müayinədən keçib.
2024/25 mövsümündə Delap 40 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

