08 İyul 2026
Dünya futbolu

“Mançester Yunayted” hücumçusunu açıqladı

“Mançester Yunayted” “Vulverhempton”un hücumçusu Mateus Kunyayla razılığa gəldiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçunun sənəd məsələləri həll olunduqdan sonra “Qırmızı şeytanlar”la müqavilə imzalayacağı bildirilib.

Kunya 2023-cü ildən “Vulverhempton”da çıxış edib. Keçən mövsümdə o, bütün yarışlarda 36 oyun keçirərək 17 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43