06 İyun 2026
Kateqoriyasız

İlham Əliyev dünya çempionu olan Azərbaycan millisinin üzvlərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.

İdmanxeber.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Oyun Azərbaycan yığmasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43