“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Kevin De Brüyne karyerasını İtaliyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, belçikalı futbolçu “Napoli” ilə anlaşıb. 33 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə iki illik müqavilə bağlanacaq.
Ötən mövsüm belçikalı futbolçu “Mançester Siti” ilə 40 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

