“Fiorentina”nın hücumçusu Moyze Kin karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı italiyalı ilə “Mançester Yunayted” maraqlanır. Futbolçunun müqaviləsində 52 milyon avroluq satınalma maddəsi var.
Kin ötən mövsüm 44 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

