08 İyun 2026
Dünya futbolu

Braziliyalı hücumçu “Əl-Hilal”ı tərk edir

 “Əl-Hilal”ın hücumçusu Malkom klubu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı braziliyalı yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı komandasını tərk etmək niyyətindədir.

Malkom  2023-cü ildən “Əl-Hilal”da çıxış edir. Bu mövsüm forvard 46 oyun keçirib, 13 qol vurub və 17 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 22 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43