“Sabah” Namik Ələskərovla yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Namik 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı.
O, komandanın heyətində 83 (7) oyun keçirib. Namik “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
“Sabah” Namik Ələskərova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

