18 İyul 2026
Dünya futbolu

Sabiq “Liverpul”lu karyerasını başa vurduğunu açıqladı

Yarımmüdafiəçi Adam Lallana karyerasını başa vurduğunu açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümünü  “Sauthempton”da keçirib. O, bütün yarışlarda 18 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Lallana karyerası ərzində “Brayton” və “Liverpul”da da çıxış edib. Mersisaydlıların tərkibində futbolçu İngiltərə çempionu, Çempionlar Liqasının qalibi və UEFA Superkubokunu qazanıb.

Lallana İngiltərə millisində də 34 oyunda 3 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43