13 İyun 2026
Ölkə futbolu

“Araz-Naxçıvan”ın “Aris”lə oyunlarının vaxtı açıqlandı

“Araz-Naxçıvan”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) matçlarının başlama saatı açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İlk görüş iulun 24-də, “Liv Bona Dea Arena”da oynanılacaq. Matç saat 20:00-da başlayacaq.

Bu komandaların bir həftə sonra – iyulun 31-də Saloniki şəhərində üz-üzə gələcklər. Həmin qarşılaşma isə Bakı vaxtı ilə  22:15-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43