09 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin istədiyi futbolçu fikrini dəyişdi – TRANSFER ALINMIR 

“Neftçi”nin gündəmində olan futbolçu qərarını dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, söhbət Kenan Priçdən gedir. Bosniya və Herseqovinalı qolkiperin adı bir müddətdir “ağ-qaralar”la hallanırdı. Tərəflər arasında danışıqlar da start götürmüşdü.

Ancaq təcrübəli qokiper Azərbaycana  gəlməkdən istəməyib. O, əvvəlcə “Neftçi”nin təklifinə müsbət yanaşsa da, sonradan fikrini dəyişib.

Ötən mövsümü Türkiyə Super Liqa klubu “Antalyaspor”da keçirən Priç komandanın heyətində 30 oyunda forma geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43