İtaliyalı yarımmüdafiəçi Marko Verratti Qətərin “Əl-Duhail” klubuyla müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçunun sözləşməsinin şərtləri açıqlanmır. Verratti komandaya azad agent kimi qoşulub.
2023-cü ilin sentyabrından Verratti Qətərin “Əl-Ərəbi” klubunda çıxış edir. Yarımmüdafiəçi komandanın heyətində 40 oyun keçirib, 4 qol vurub, 12 məhsuldar ötürmə edib.

