04 İyul 2026
Dünya futbolu

“Neftçi”nin sabiq futbolçusu bu klubla anlaşdı

“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, braziliyalı futbolçu “Əl-Vəsl”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Saldanya 2022/2023 mövsümünün ikinci yarısında icarə əsasında “Neftçi”nin formasını geyinib. Onun son klubu Macarıstan “Ferentsvaroş”u olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43