“Arsenal”ın yarımmüdafiəçisi Leandro Trossard “Bavariya”nın yay transfer siyahısında yer alıb.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu 30 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Yaxın vaxtda tərəflər arasında danışıqlar start götürəcək.
Trossard 2023-cü ildən “Arsenal”da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 56 oyun keçirib, on qol vurub və on məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun bazar dəyərini 22 milyon avro qiymətləndirir.

