29 İyun 2026
Ölkə futbolu

Sabiq “Qarabağ”lı Almaniya klubunda

“Qarabağ”dan ayrılan Adama Diakabinin yeni komandası bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu Almaniya 3-cü liqasında mübarizə aparan “Valdhof Manhaym” klubu ilə anlaşıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Diakabı 2023-2024-ci illərdə “Qarabağ”ın formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43