“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
İdmanxeber.az-a verilən məlumata görə, Ağdam klubu “Dinamo”nun (Zaqreb) futbolçusu Semi Mmae ilə anlaşmağa yaxındır. “Qarabağ” 28 yaşlı müdafiəçini satınalma hüquqi ilə 2 illik icarəyə götürmək istəyir.
Artıq tərəflər arasında danışıqlar yekunlaşıb. Mərakeşli oyunçu növbəti mövsüm Ağdam klubunda çıxış edəcək.
Mmae ötən mövsüm Xorvatiya klubunun heyətində 20 oyun keçirib və bir qol vurub.
Həsən Quluzadə

