“Sportinq”in danimarkalı yarımmüdafiəçisi Morten Hyulmand karyerasını İtaliyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu “Yuventus” klubunun təklifini qəbul edib və yaxın günlərdə tibbi müayinədən keçmək üçün Turinə yollanacaq.
Qeyd edək ki, “qoca sinyora” ötən mövsümü İtaliya A Seriyasında 70 xalla 4-cü pillədə başa vurub və Çempionlar Liqasına vəsiqə qazanıb.
Fərid Nəsibov

