04 İyul 2026
Dünya futbolu

“Beşiktaş”ın hücumçusu İtaliya klubuna doğru

“Beşiktaş”ın hücumçusu Semih Kılıçsoy karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı futbolçunun xidmətində A Seriyası təmsilçisi “Kalyari” maraqlıdır. Artıq tərəflər arasında danışıqlar davam edir. 

İtaliya klubu futbolçu üçün 12 milyon təzminat ödəmək niyyətindədir.

Qeyd edək ki, “Beşiktaş” rəhbərliyi də futbolçunu satmağa müsbət yanaşır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43