04 İyul 2026
Ölkə futbolu

“Kəpəz”in daha bir rəqibi bəlli oldu

“Kəpəz”in yoxlama oyunları üçün daha bir rəqibi məlum olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sarı-göylər” Sumqayıtın eyniadlı təmsilçisi ilə qarşılaşacaqlar. Matç iyulun 31-i Qəbələdə keçiriləcək. Görüşün başlama saatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Kəpəz” bunadək “Qəbələ” ilə yoxlama oyununda uduzub – 0:2. Gəncə klubu toplanış çərçivəsində daha 4 görüş keçirməyi planlaşdırır.

“Sumqayıt” isə Qəbələdəki toplanışı müddətində daha 3 matça çıxacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43