03 İyul 2026
Dünya futbolu

“Atletiko”dan yeni transfer

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu “Almeriya”dan Mark Pubili transfer edib.

Paytaxt təmsilçisi oyunçu üçün 16 milton avro təzminat ödəyəcək. Onunla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Mark Pubil ötən mövsüm “Almeriya”nın heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43