21 İyul 2026
Ölkə futbolu

Çempionlar Liqası oyunu öncəsi “Qarabağ”da ciddi itki

“Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Şelburn” klubu ilə görüşə ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə,  Ağdam klubunun aparıcı üzvü  Marko Yankoviç zədələnib. Futbolçu bu səbəbdən də İrlandiyaya aparılmayıb.

Yankoviçin cavab matçına qədər sağalacağı gözlənilir.

Xatırladaq ki, qarşılaşma bu gün saat 22:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43