21 İyul 2026
Ölkə futbolu

Əlcəzairli futbolçu “Sumqayıt”da – RƏSMİ

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda son mövsümü “Fakel” (Voronej, Rusiya) klubunda keçirmiş Rayan Senhadji ilə 2+1 illik müqavilə imzalayıb. 28 yaşlı əlcəzairli mərkəz müdafiəçisi “Sumqayıt”da “72” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43