21 İyun 2026
Dünya futbolu

“Real” Vilyam Salibanı transfer etmək istəyir

“Arsenal”ın fransalı müdafiəçisi Vilyam Saliba karyerasını “Real”da davam etdirmək istəyir.

İdmanxeber.az xəbər verir ki, 24 yaşlı futbolçu “kral klubu”na keçmək üçün maraq göstərir. Lakin “topçular” futbolçunu satmaq niyyətində olsa belə, onun transferi üçün azı 90 milyon avro tələb edəcək.

Qeyd edək ki, Salibanın London təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43