21 İyun 2026
Dünya futbolu

“Bavariya”dan Diaz üçün 80 milyonluq təklif

Almaniyanın “Bavariya” klubu “Liverpul”un kolumbiyalı ulduzu Luiz Diaz üçün 80 milyon avro təklif edib.

İdmanxeber.az-ın məlumatına görə, Mersisayd təmsilçisi futbolçunu satmaq qərarındadır və bu səbəbdən təklifi qəbul etməyə hazırdır.

Bundan əlavə, Luiz Diazın özü də Münhen klubuna keçməyə istəkli olduğu bildirilir.

Qeyd edək ki, 27 yaşlı cinah oyunçusu 2022-ci ildən “Liverpul”un formasını geyinir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43