“Neftçi”nin 30 yaşlı bosniyalı qapıçı Kenan Piriçlə apardığı danışıqlar müsbət nəticələnib.
İdmanxeber.az-a verilən məlumata görə, təcrübəli qapıçı artıq komandanın düşərgəsindədir. O, bu gün tibbi yoxlanışdan keçəcək.
Əgər futbolçunun sağlamlığında bir problem çıxmasa, onunla rəsmi müqavilə bağlanacaq.
Ötən mövsümü Türkiyə Super Liqa klubu “Antalyaspor”da keçirən Piriç komandanın heyətində 30 oyunda forma geyinib.

