03 İyul 2026
Dünya futbolu

“Mançester Yunayted”in hədəfindəki hücumçu

“Mançester Yunayted” hücum xəttini gücləndirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, “Çelsi”nin seneqallı hücumçusu Nikolya Cekson Mançester klubuna transfer oluna bilər.

24 yaşlı forvardın oyun üslubu baş məşqçinin  planlarına uyğun gəlir və klub rəhbərliyi bu keçidi reallaşdırmaq üçün 80 milyon funt-sterlinq civarında təklif hazırlayır.

“Nyukasl” və “Aston Villa” da Ceksona maraq göstərir, lakin hazırda əsas favorit “Mançester Yunayted” hesab olunur. “Çelsi” oyunçunu yalnız yüksək təzminat müqabilində buraxmağa hazırdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43