16 İyun 2026
Dünya futbolu

“Çelsi”nin hücumçusu bu klublar anlaşdı

“Çelsi”nin gənc hücumçusu Armando Broxa karyerasını “Börnli”də davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, Premyer Liqaya yeni yüksələn komanda 23 yaşlı albaniyalı forvardın transferi üçün London təmsilçisinə 23 milyon avro təzminat ödəyib. Futbolçu ilə 2030-cu ilin yayına qədər uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, Broxa “Çelsi”nin akademiyasının yetirməsidir. O, ötən mövsümü icarə əsasında “Everton”da keçirib. Broxa burada çıxış etdiyi 13 oyunda nə qol vurub, nə də məhsuldar ötürmə ilə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43