08 İyun 2026
Ölkə futbolu

“Neftçi”dən yeni əməkdaşlıq müqaviləsi

“Neftçi” PFK ilə Azərbaycanda ilk qəhvə ekosistemini yaratmış “Coffee Bar” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İdmanxeber.az xəbər verir ki, razılaşmaya əsasən, “Coffee Bar” “Neftçi”nin rəsmi qəhvə sponsoru olacaq və komandanın qəhvə və qəhvə avadanlığı ehtiyaclarını təmin edəcək.

“Coffee Bar” ölkəmizdə qəhvə mədəniyyətinə yönəlik geniş məhsul və xidmət çeşidi təqdim edən, qəhvə mağazaları, kafe və restoranlar üçün peşəkar həllər təklif edən qəhvə ekosistemidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43