08 İyun 2026
Dünya futbolu

“Parma”dan PSV-yə keçdi – Rəsmi

26 yaşlı rumıniyalı vinger Dennis Man “Parma”dan ayrılaraq Niderlandın PSV klubuna transfer olunub.

İdmanxeber.az xəbər verir ki, Eyndhoven təmsilçisi onun keçidi üçün İtaliya klubuna 8,5 milyon avro ödəyib. Man yeni komandası ilə 4 illik müqavilə imzalayıb.

Ötən mövsüm “Parma”nın heyətində 34 matçda çıxış edən futbolçu 4 qol vurub və 5 asistlə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43