08 İyun 2026
Ölkə futbolu

“Qarabağ” – “Şkendiya” matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la Şimali Makedoniyanın “Şkendiya” komandaları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.

İdmanxeber.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün günortaya olan məlumata əsasən, artıq oyuna 25000 bilet satılıb.

Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır. Bu biletləri əldə edən azarkeşlər VIP Lounge üstünlüklərindən yararlana biləcəklər.

Satış məntəqələri

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Xatırladaq ki, “Qarabağ” səfərdəki ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Cavab oyun bu gün Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43