08 İyul 2026
Ölkə futbolu

Millimizin sabiq üzvləri UEFA-nın kursunda

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başlayıb.

İdmanxeber.az xəbər verir ki, dörd gün davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik edirlər.

Xatırladaq ki, məşqçi kursunun 2-ci modulu 8-11 sentyabrda baş tutacaq.

Kurslara millinin sabiq futbolçularından Ruslan Abışov və Vurğun Hüseynov, həmçinin Vüqar Mustafayev, Vüqar Bəybalayev və Amit Quluzadə də qatılıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43