08 İyul 2026
Dünya futbolu

“Real” Kurtua ilə müqavilə uzadır

“Real” qapıçısı Tibo Kurtua ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər iki illik yeni müqavilə ilə bağlı şifahi razılığa gəliblər. 33 yaşlı belçikalı 2018-ci ildən “Real”da çıxış edir.

O, Madrid təmsilçisində bütün yarışlarda 289 oyun keçirib və 282 qol buraxıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43