UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək “Qarabağ” – “Ferensvaroş” oynuyunda anşlaq olacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə azarkeşlər sosial şəbəkə hesabından paylaşım edib. Onlar bilet almaq üçün müraciət etdikləri “Iticket” saytında ciddi növbənin olduğunu bildiriblər.
Biletlərin satışa çıxar-çıxmaz sürətlə satılması görüşə marağın böyük olduğunu göstərir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda tribunaların tam dolacağı gözlənilir.
Xatırladaq ki, “Qarabağ” – “Ferensvaroş” görüşü ayın 27-də, saat 20:45-də start götürəcək.

