29 İyun 2026
Ölkə futbolu

Azarkeşlərin etirazı, rəhbərliyin dəstəyi – “Kəpəz”də GÜNDƏM 

Mövsümə istədiyi kimi başlaya bilməyən “Kəpəz”də işlər qaydasında getmir. Gəncə klubu keçirdiyi iki oyunun ardından xal qazana bilməyib.

“Sarı-göylər”in “Karvan-Yevlax”a məğlub olması azarkeşləri özündən çıxarıb. Elə stadionda tərəfdarlar komandaya və baş məşqçi Adil Şükürova etirazlarını bildiriblər.

Bu məğlubiyyətin ardından rəhbərlik də komanda ilə görüşüb. Klubun idarəediciləri nəticələrdən narazı qaldıqları barədə məşqçilər heyətini məlumatlandırıb.

Rəhbərlik eyni zamanda Adil Şükürova inandığını da bildirib. Klubun başbilənləri hələlik Şükürovun yanındadır. Onlar təcrübəli mütəxəssisin komandanı toparlayacağına inanır.

Xatırladaq ki, “Kəpəz” növbəti turda “Zirə” ilə üz-üzə gələcək.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43