07 İyun 2026
Dünya futbolu

“Yuventus” Artur Melonu “Qremio”ya icarəyə verib

“Yuventus” braziliyalı yarımmüdafiəçi Artur Melonu icarə əsasında “Qremio”ya göndərib.

İdmanxeber.az xəbər verir ki, Turin klubunun rəsmi saytında məlumat yayılıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını İspaniyanın “Jirona” komandasında keçirib. O, Kataloniya təmsilçisinin heyətində 15 oyunda meydana çıxıb.

Artur Melo 2020-ci ildən “Yuventus”un üzvüdür və bu müddət ərzində “qoca sinyora”nın heyətində 63 dəfə forma geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43